Əziz Dostlar

Əziz keçmiş, indiki və gələcək oxucu dostlarım, salam! Neçə illərdir ki, mən həm də ədəbiyyat dilində danışıram. Həmişə çalışmışam aydın, sadə və təsir edə biləcək dildə yazım. Başa düşülməkdən, sözümün canını deməkdən çəkinməmişəm. İstəmişəm ki, Əjdər Olum. Sərrast və sərbəst, saf və duru düşüncəli adamlarla bir yerdə olanda darıxmıram. İçərisində azacıq işıq közərən, sevgi qaynayan insanlarla asanlıqla dil tapıram. Mənə elə gəlir ki, söhbətimiz tutacaq. Son iyirmi-iyirmi beş ildə can yandırıb yazdıqlarımı qısa bir zamanda oxuya bilərsiniz.

Author

Xəbərlər