17.05.2023
(Şair Əjdər Olu azadlıqda görmək arzusuyla...)
İçimdə kükrəyən doluyam, qaram, Divanə ney kimi sızlayır yaram. Xəbərin oldumu, Ağalar Bayram, Yenə Əjdər Olu buraxmadılar. Keçdi,dayanmadı ümid qatarı, Neynirlər budaqdan kal düşən barı? Görəsən bildimi "şair dostları",- Yenə Əjdər Olu buraxmadılar. Əl-ayaq soyudu əkin-biçindən, Bir durna ayrılıb qərib köçündən. Qazamat od tutub yanır içindən, Yenə Əjdər Olu buraxmadılar. Nağıl qurtarmamış düşdü alması, Yamandır dibçəkdə gülün solması. Dəhşətdir şairin dustaq olması, Yenə Əjdər Olu buraxmafılar. Ov perik düşübsə, ovçu çoxalıb, Yalançı çoxalıb, gopçu çoxalıb. Bəlkə aramızda qoçu çoxalıb, Yenə Əjdər Olu buraxmadılar. Zəvvarı gəlməyən ocaq,pir yetim, Açanı yoxdursa, demək sirr yetim. Neyləsin bu qələm, bu şeir yetim, Yenə Əjdər Olu buraxmadılar. ...Ədalət qələbə çalacaq sonda, Günəş parladıqca, açılar don da. Əlirza, gün gələr demərik onda, Yenə Əjdər Olu buraxmadılar…
Tanınmış yazar Əjdər Olun "Lo" romanı türk dilinə tərcümədə "Kan işığı" adı altında 2-ci dəfə 2023-cü ildə nəşr olunub.